BAKI, 23 may. TELEQRAF

Son 24 saat ərzində Hörmüz boğazından tankerlər, konteyner gəmiləri və digər kommersiya gəmiləri də daxil olmaqla ümumilikdə 25 gəmi keçib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, gəmilərin boğazdan keçidi müvafiq icazələr alındıqdan sonra və SEPAH-ın Hərbi Dəniz Qüvvələri ilə tam koordinasiyalı şəkildə həyata keçirilib.