BAKI, 18 may. TELEQRAF
“ABŞ-nin Fars (Bəsrə) körfəzinin cənubundakı hərbi bazaları tezliklə ləğv ediləcək”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.
“Son 24 saat ərzində SEPAH Dəniz Qüvvələri bir dənə də olsun gəminin Hörmüz boğazından keçməsinə icazə verməyib. Yaxın gələcəkdə Fars körfəzinin cənubundakı bütün Amerika hərbi bazaları məhv ediləcək. Bölgədə yeni nizam quracağıq”, - o, X sosial media hesabında yazıb.