BAKI, 30 sentyabr. TELEQRAF

2026-cı ilin yanvar ayında İranın Məşhəd şəhərində baş verən rejimə qarşı kütləvi nümayişlər zamanı həbs olunan Əli Himməti və Məcid Nikəndiş edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Mizan” məlumat yayıb.

Hökmün Ali Məhkəmə tərəfindən təsdiqlənməsindən və “qanuni proseduralar”ın həyata keçirilməsindən sonra iki etirazçının edam hökmü icra olunub.