BAKI, 20 aprel. TELEQRAF
ABŞ Dövlət Departamenti təhlükəsizlik xidmətinə əməkdaşlarını İraq və Küveytdən təxliyə etməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinə görə, buna səbəb onların İranın silahlı proksi qüvvələrinin hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıqdır.