BAKI, 9 aprel. TELEQRAF

İsrail liderləri ABŞ-nin İranla atəşkəs rejiminin təşkili yanaşmasından son dərəcə narazı qalıblar, çünki Vaşinqton yəhudi dövlətini atəşkəs barədə son anda və əvvəlcədən məsləhətləşmələr aparmadan xəbərdar edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal2 (WSJ) mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp atəşkəs elan edilməzdən az əvvəl İsrail Baş naziri Benyamin Netanyahuya zəng edərək, atəşkəslə bağlı addımlarını koordinasiya etmədən məsələni təqdim edib. Buna baxmayaraq, İsrail dialoq zamanı atəşkədə iştiraka razı olub.

İsrail hakimiyyəti Livan məsələsinin atəşkəsə daxil edilməsi ilə bağlı ilkin tələblərdən də narazılığını ifadə edib. Nəticədə, yəhudi dövləti açıq şəkildə “Hizbullah” terror təşkilatına qarşı hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını bildirib.