BAKI, 7 aprel. TELEQRAF

Türkiyədə məşhurlara yönəlik narkotik istintaqı çərçivəsində yeni dalğa əməliyyatı həyata keçirilib.

Teleqraf xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində doqquz məşhur şəxs barəsində saxlanılma qərarı verilib.

Əməliyyat zamanı Simge Sağın, Melek Mosso, İbrahim Çelikkol, Deha Bilimlier, Mustafa Ceceli, Ersay Üner, Aslı Sipahi Hacısüleymanoğlu, Bengü Erden və İlkay Şencan saxlanılıb.

Məlumata görə, saxlanılan şəxslər prokurorluğa aparılıb.