BAKI, 3 aprel. TELEQRAF
İranda internet kəsintisi artıq ardıcıl 35-ci gündür davam edir.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı internetin qlobal monitorinqi ilə məşğul olan beynəlxalq "NetBlocks" xidməti "X" sosial şəbəkəsindəki hesabında yayıb.
Məlumata görə, 816 saatdır davam edən məhdudiyyətlər nəticəsində ölkədə qoşulma səviyyəsi adi göstəricilərin cəmi 1 %-i həcmində donub qalıb.