BAKI, 1 aprel. TELEQRAF

İran hakimiyyəti 33 gündür ölkədə internet qadağasını davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə monitorinq təşkilatı “NetBlocks” məlumat yayıb.

Bildirilib ki, hakimiyyətin xarici dünya ilə əlaqənin qalan vasitələrini aradan qaldırmaq məqsədilə peyk terminallarına qarşı repressiyanı genişləndirməsi səbəbindən qlobal internetə bağlantı adi səviyyənin bir faizindən də aşağıdır.