BAKI, 31 mart. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin İrandakı hərbi əməliyyatlarını tənqid edib.

Teleqraf xəbər verir ki, o, regionda müharibəyə son qoymağa çağırıb və mövcud böhranın daha genişmiqyaslı münaqişəyə səbəb ola biləcəyini deyib.

“Bölgədə rejimləri dəyişdirmək cəhdləri neft-qaz ehtiyatları üzərində daha çox nəzarət əldə etmək üçün edilir”, - Lavrov vurğulayıb.