BAKI, 23 mart. TELEQRAF

“İranda baş verənlər hakimiyyət dəyişikliyi kimi xarakterizə oluna bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində deyib.

Donald Trampın sözlərinə görə, İranla danışıqlar çox intensivdir və bundan çox mühüm nəticənin əldə olunacağına ümid edir.

ABŞ Prezidenti İranda baş verənlərin hakimiyyət dəyişikliyi kimi xarakterizə oluna biləcəyini vurğulayıb.

Vaşinqtonun Tehranda konkret olaraq kiminlə təmasda olduğu barədə suala Tramp belə cavab verib: “Onlarda belə nümayəndələr var”.

Həmçinin, o, danışıqlarda İranın adından tamamilə fərqli insanların iştirak etdiyini qeyd edib.