BAKI, 23 mart. TELEQRAF

“Livan İranda baş verən müharibəyə məcburən cəlb edilib”.

Teleqraf xəbər verir ki, bunu Livan Baş naziri Nəvaf Salam deyib.

“Livan bu müharibəyə məcbur edildi. Mən, prezident və komandamızın digər üzvləri də durumun pisləşəcəyi barədə xəbərdarlıq etmişdik. Bu, yeni avantüradır. Əvvəlcə bizi Qəzzada “təcili yardım” adı altında, indi də Xamenei sui-qəsdinin qisası - İrana yardım üçün müharibəyə cəlb etdilər. Bu, ABŞ-İsrail və İran arasında baş verən müharibədir və Livanın burada birbaşa heç bir marağı yoxdur”, - baş nazir vurğulayıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana hava hücumuna başlayandan sonra Livanda fəaliyyət göstərən “Hizbullah” terror təşkilatı Tehrana dəstək məqsədilə prosesə qoşulub. İsrail ordusu bundan sonra Livanın cənubunda “Hizbullah”a qarşı müdafiə əməliyyatına başlayıb.