BAKI, 12 mart. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan İranın ərazi bütövlüyünün pozulması və ya ölkədə hakimiyyət dəyişikliyi planlarının qəbuledilməz olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, nkarada Almaniya xarici işlər naziri Yohann Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında danışıb.

“İranın ərazi bütövlüyü ilə bağlı problemlər olmamalıdır. Həmçinin rejimin dəyişdirilməsi məqsədi də güdülməməlidir. Regionda vəziyyətin mümkün qədər tez normal məcraya qaytarılması lazımdır”, - o vurğulayıb.