BAKI, 12 mart. TELEQRAF
“Hazırda Benyamin Netanyahu hökuməti bölgədə baş verən bütün müharibələr və humanitar böhranların mərkəzində dayanır. Əgər beynəlxalq hüquq və insani dəyərlərimizi qorumaq istəyiriksə, bu reallığı qəbul etməli və açıq şəkildə dilə gətirməliyik”.
Teleqraf xəbər verir ki, bunu Ankarada Almaniya xarici işlər naziri Yohann Vadeful ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Ekspansionist siyasət aparan İsrail bu dəfə müharibəni Livana daşıyır. Təxminən bir milyon insanın evlərindən didərgin salınması qətiyyən qəbul edilə bilməz. Livan dövləti dağılma həddinə çatmadan İsrailin hücumları dayandırılmalıdır. Livanın çöküşü, ilk növbədə qonşu ölkələr olmaqla, bütün bölgəyə ciddi təsir göstərəcək”, - xarici işlər naziri vurğulayıb.