BAKI, 12 mart. TELEQRAF

ABŞ 2011-ci ildə sanksiyalar səbəbindən dondurulmuş Suriya Mərkəzi Bankının Nyu-York Federal Ehtiyatlar Bankındakı hesabını bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bildirib.

O bildirib ki, Suriya və ABŞ hökumətləri arasında əhəmiyyətli irəliləyiş və koordinasiya nəzərəçarpan nəticələr göstərir.

Barak əlavə edib ki, bu qərar Ağ Evin Suriyanı qlobal maliyyə sisteminə yenidən inteqrasiya etmək siyasətinin bir hissəsidir və bu siyasət ölkənin iqtisadiyyatını bərpa etməyə yönəlib.