BAKI, 11 mart. TELEQRAF

“İran ona qarşı hücumların həyata keçirildiyi Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbə endirməyə davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“İran İslam Respublikasının region ölkələrinə hücum etmək və ya onlarla münaqişəyə girmək niyyəti yoxdur. Ancaq ərazimizə hücumların həyata keçirildiyi bazalar özünümüdafiə hüququ çərçivəsində hədəfə alınacaq”, - o bildirib.

Məsud Pezeşkian Pakistan Baş naziri Şahbaz Şəriflə telefon danışığında iddia edib ki, Tehran İrana hücumun həyata keçirildiyi region ölkələrindəki bazaları “qanuni hədəflər” hesab edir və onlara hücum edəcək.