BAKI, 9 mart. TELEQRAF
Avropa İttifaqının (Aİ) sanksiya siyahısında İranın yeni Ali rəhbəri Müctəba Xameneinin adı yoxdur.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər Xidmətinin sözçüsü Ənvər əl-Anuni bildirib.
“Aİ-nin sanksiya siyahısı nəzərdən keçirilməyə açıqdır. Müctəba Xamenei Avropanın sanksiyalarına məruz qalmayıb”, - o deyib.
Əl-Anuni xatırladıb ki, sanksiya siyahısına əlavələrlə bağlı qərar Aİ Şurasının məsuliyyətində olan məsələdir və bütün 27 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilir.