BAKI, 9 mart. TELEQRAF
Livan Prezidenti Cozef Aun ölkəsinə hücumlara son qoymaq üçün İsraillə danışıqlara başlamağa hazır olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Livanın İsraillə danışıqları bərpa etməyə və bu təhlükəli eskalasiyanın qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirlərini müzakirə etməyə hazır olduğunu bir daha təsdiqləyirik”, - Cozef Aun vurğulayıb.