BAKI, 3 mart. TELEQRAF

İsrail ordusu Livanın cənubunda irəliləmək və əlavə əraziləri ələ keçirmək əmri alıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Kats bildirib.

“Baş naziri Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə sərhəd şəhər və kəndlərə hücumların qarşısını almaq üçün Livanda əlavə ərazilərdə irəliləməyi və nəzarəti ələ keçirməyi tapşırmışıq”, - nazir qeyd edib.