BAKI, 23 fevral. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu Yaxın Şərq ətrafında və ya daxilində Asiya, Afrika, Avropa və ərəb ölkələrindən ibarət altılıq tipli ittifaqlar yaratmağı düşündüyünü bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Netanyahu Nazirlər Kabinetinin iclasında qeyd edib ki, bu sistemə Hindistan, ərəb və Afrika ölkələri, Yunanıstan, Cənubi Kipr, eləcə də digər Asiya dövlətləri daxil olacaq.

O əlavə edib ki, bu ölkələr sərt şiə oxu və yüksələn sərt sünni oxundan fərqli baxışı bölüşürlər.

“Aramızdakı əməkdaşlıq böyük faydalar verə, həmçinin şübhəsiz ki, güc və gələcəyimizi təmin edə bilər”, - İsrail Baş naziri qeyd edib.