BAKI, 10 fevral. TELEQRAF
“Ölkədəki mövcud durum həssas və həlledicidir, düşmənlər milli birlik, həmrəylik və vəhdəti zəiflətməyə çalışır, artıq atdıqları addımlarla cəmiyyətin sosial-iqtisadi mühitində müəyyən problemlər yaradıblar”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O bildirib ki, bu durumda ərazi bütövlüyünün qorunması və birliyin möhkəmləndirilməsi üçün cəmiyyətin rolu həlledicidir, o, milli dəyərləri müdafiə etməlidir.
“Düşmənlər və dünya ictimaiyyətinə o mesaj verilməlidir ki, İran xalqı ölkə və milli maraqlarını qorumaq naminə çiyin-çiyinə dayanıb”, - Pezeşkian vurğulayıb.