BAKI, 9 fevral. TELEQRAF
“İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır”.
Teleqraf xəbər verir ki, bunu İsrailin ABŞ-nin Nyu-York şəhərindəki konsulu Ofir Akunis deyib.
Diplomat bildirib ki, prosesinin qarşısının ABŞ-nin mümkün hərbi əməliyyatı ilə alınmasıyla bağlı qərar Prezident Donald Trampın səlahiyyətindədir.
“Amma Tehran danışıqlarda kompromisə hazır olduğunu göstərməyib”, - Akunis əlavə edib.
Həmçinin onun sözlərinə görə, İran nüvə obyektlərinə hücumlardan sonra da nüvə imkanlarını qoruyub saxlayır.