BAKI, 31 yanvar. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi ölkəsində hakimiyyət dəyişikliyi perspektivini “illüziya” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “CNN Türk”ə müsahibəsində bildirib.
“Rejimin dəyişəcəyi fikri boş illüziyadır. Bəzi insanlar bu illüziyaya inanırlar. Sistemimiz dərinə kök salıb, güclü təmələ malikdir, ayrı-ayrı insanların gəlib-getməsi heç nəyi dəyişmir. Sistem heç nə olmamış kimi fəaliyyət göstərməyə davam edir”, - o vurğulayıb.