BAKI, 29 yanvar. TELEQRAF
Avropa İttifaqı İranın daxili işlər naziri Eskəndər Momeni və Baş Prokuror Məhəmməd Movahhədi Azad başda olmaqla 15 təhlükəsizlik və məhkəmə sistemi əməkdaşına sanksiya tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
Avropa İttifaqı onların İranda hökumət əleyhinə etiraz aksiyalarının qarşısının alınması zamanı insan haqlarının kobud və qəddar şəkildə pozulmasında iştirak etdiklərini bildirib.
Bundan əlavə, 5 hüquqi şəxsə də eyni restriksiyalar tətbiq olunub.