BAKI, 27 yanvar. TELEQRAF

Suriyada bundan sonra resurslar yeraltında tunellərin qazılmasına deyil, üzəri infrastruktur layihələrinə yönəldiləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident qeyd edib ki, bu resurslar məktəblərin, xəstəxanaların, çörəkxanaların, fabriklərin və yolların tikintisinə sərf olunacaq:

"Suriyanın rifahını təmin etmək regionda davamlı inkişafı dəstəkləməkdir. Milyonlarla suriyalı qaçqın öz vətəninə qayıdıb, onlardan 600 mindən çoxu ölkəmizdən olub".