BAKI, 20 yanvar. TELEQRAF
“Bu proses təkcə İranı yox, bütün regionun təhlükəsizliyini hədəf alır”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əliəkbər Vilayəti deyib.
Müşavir İranda rejimə qarşı ümumxalq etirazlarını “bütün regiona qarşı sui-qəsd” adlandırıb.
Vilayəti həmçinin vurğulayıb ki, ABŞ və İsrailə qarşı mübarizə daha ciddi şəkildə davam etdiriləcək, İran, İraq, “Hizbullah” (Livan), Fələstin və “Ənsarallah” (Yəmən) bu “sui-qəsd”ə qarşı birgə müqavimət göstərəcək.