BAKI, 19 yanvar. TELEQRAF
Suriya Prezidenti Əhməd Şara ilə Şimali İraq Kürd Muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzani telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, tərəflər PKK terror təşkilatının qanadı SDQ ilə Dəməşq arasında əldə edilmiş atəşkəs və inteqrasiyaya dair sazişin detallarını müzakirə ediblər.
Əhməd Şaraa Dəməşqin Suriya kürdlərinin hüquqlarının qorunmasına sadiq olduğunu vurğulayıb və mövcud problemlər və anlaşılmazlıqların əldə olunmuş razılaşmalar çərçivəsində həll ediləcəyini təsdiqləyib.
Məsud Bərzani qeyd edib ki, kürdlərin hüquqlarının təminatı həyati əhəmiyyət daşıyır və Suriya Prezidenti tərəfindən təsdiqlənmiş müvafiq qərarı “düzgün addım” kimi qiymətləndirib.
Yanvarın 18-də Əhməd Şaraa SDQ/YPG ilə yeni atəşkəs razılaşmasını təsdiqləyib. Sənəddə ölkənin şimal-şərqindəki Deyr-əz-Zor və Raqqa əyalətlərinin hökumətin tam nəzarəti altına keçəcəyi qeyd olunur. Suriya ordusu bölgədəki bütün sərhəd keçid məntəqələri və neft-qaz yataqlarının təhlükəsizliyini təmin edəcək.