BAKI, 19 yanvar. TELEQRAF

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu İran xarici işlər naziri Abbas Əraqçinin forumda iştirak etməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə forumun X-dəki hesabında bildirilib.

“Əraqçi ötən payız dəvət olunsa da, son həftələrdə İranda mülki şəxslərin faciəvi şəkildə həlak olması fonunda İran hökumətinin nümayəndəsinin bu il Davosda iştirakı düzgün deyil”, - açıqlamada qeyd edilib.