BAKI, 11 yanvar. TELEQRAF
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, son 48 saat ərzində İsrail qüvvələrinin təşkil etdiyi hücumlar nəticəsində 3 fələstinlinin cənazəsi xəstəxanalara çatdırılıb, daha 9 nəfər isə yaralanıb.
Həmçinin qeyd olunub ki, tərəflər arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrailin davam edən hücumlarında 442 nəfər həyatını itirib, 1 236 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qurumun açıqladığı son statistikaya əsasən, İsrailin 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 71 412 nəfərə, yaralananların sayı isə 171 314 nəfərə çatıb.