BAKI, 11 yanvar. TELEQRAF
İsrail Müdafiə OrdusununBaş Qərargah rəisi general-leytenant Eyal Zamir İranda davam edən etiraz aksiyaları fonunda həftəsonu operativ vəziyyətin qiymətləndirilməsi üçün müşavirələr keçirib.
Teleqraf "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, İsrail hərbi rəhbərliyi qonşu ölkədə genişlənən rejim əleyhinə aksiyaları hələlik İranın daxili məsələsi kimi qiymətləndirir.
Lakin rəsmi Tehranın bu gün ABŞ və İsrail hədəflərinə hücum edəcəyi ilə bağlı səsləndirdiyi təhdidlərdən sonra İsrail ordusu ehtiyat tədbirlərini gücləndirib.
Məlumata görə, hərbi qüvvələr yüksək operativ hazırlıq səviyyəsində saxlanılır və zərurət yaranacağı təqdirdə istənilən təhdidə dərhal və adekvat cavab verməyə tam hazırdır.