BAKI, 8 yanvar. TELEQRAF
Türkiyə Suriya ordusu ilə kürd qruplaşmaları arasında qarşıdurmaların inkişaf edə biləcək müxtəlif ssenariləri üçün zəruri hərbi tədbirlər görüb.
Teleqraf xəbər verir ki, bu barədə hökumətə yaxın "Hürriyet" mənbələrə istinadla yazıb.
Bildirilib ki, Ankara Suriyadakı hadisələri diqqətlə izləyir, çünki ölkədə sabitlik birbaşa Türkiyənin təhlükəsizliyi ilə bağlıdır.
"Hər bir mümkün ssenari üçün müvafiq hərbi tədbirlər artıq görülüb”, - jurnalist Hande Fırat qeyd edib.