BAKI, 5 yanvar. TELEQRAF
“Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq sabitləşdirici qüvvənin uğurlu olmaq şansı yerdə legitimliyə malik olan aktorların bu prosesdə yer almasından asılıdır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu baxımdan Türkiyə də daxil olmaqla, Şarm əl-Şeyx Bəyannaməsinin tərəfi olan ölkələrin prosesdə ən legitim aktorlar olduğu bilinməlidir. Əlbəttə, Türkiyənin iştirak etmədiyi bir mexanizmin Fələstin xalqının etimadını qazanması bu mənada çətindir.
Biz həm Fələstin tərəfi ilə dərin tarixi bağlarımız, həm İsraillə keçmişdə apardığımız təhlükəsizlik və diplomatik kanallar, həm də NATO üzvü olan ölkə kimi regional təsir gücümüz sayəsində bu missiyada açar ölkə mövqeyindəyik”, - prezident bildirib.