BAKI, 4 yanvar. TELEQRAF
2023-cü ilin oktyabrından bəri İsrail ordusunun Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 71 384 nəfərə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra 418 nəfər ölüb, 1 171 nəfər yaralanıb, 684 cəsəd isə dağıntılar altından çıxarılıb.
Ümumilikdə, 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzzaya hücumları nəticəsində 171 251 nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.