BAKI, 30 dekabr. TELEQRAF
“Hökumət etirazçıları səbirlə dinləyəcək. İnanırıq ki, xalqımız kifayət qədər səbrlidir, əgər səsini ucaldırsa, bu, onlara göstərilən təzyiqin yüksək olduğunu göstərir”.
Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani ölkədə davam edən etiraz aksiyaları barədə danışarkən deyib.
“İqtisadi-sosial təzyiqlərə verilən təbii reaksiya cəmiyyətdə müşahidə etdiyimiz mənzərədir. Bir daha vurğulayıram ki, xalqın etirazlarını tanıyırıq və Konstitusiyamızda da tanınan dinc toplaşma hüququnu dəstəkləyirik. Hamımız ölkənin milli birliyinin möhkəmlənməsinə töhfə verməliyik”, - o bildirib.