BAKI, 24 dekabr. TELEQRAF
“Çox açıq və qəti şəkildə deyirəm: istər Şərqi Aralıq, istər Egey dənizin, istərsə də başqa bir yerdə olsun, biz nə haqq yeyərik, nə də haqqımızın yeyilməsinə imkan verərik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əllərində 70 mindən çox fələstinli qardaşımızın qanı olanların həyasızlıqlarının bizim nəzərimizdə boş vedrə səsi kimi heç bir dəyəri yoxdur. Kipr türklərinin hüquq və maraqlarının qəsb edilməsinə də icazə vermərik.
Müqavilələr bağlana, imzalar atıla, sifarişli suallarla müxtəlif mesajlar verilə bilər, bunların heç biri bizi yolumuzdan döndərə, siyasətimizi dəyişdirə bilməz. Tələyə düşmədik, düşməyəcəyik, təxribatlara uymadıq, uymayacağıq.
Türkiyə olaraq beynəlxalq hüquq və ikitərəfli razılaşmalar çərçivəsində, tarixi təcrübə və köklü dövlət ənənəmizə yaraşan şəkildə - ləyaqət, uzaqgörənlik, sağlam düşüncə və təmkinlə hərəkət etməyə davam edəcəyik”, - dövlət başçısı vurğulayıb.