BAKI, 15 dekabr. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio Suriyan xarici işlər naziri Əsəd Şibani ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, tərəflər Suriyada ABŞ hərbçilərinə qarşı törədilən terror hücumu ilə bağlı müzakirələr aparıblar.

Suriya XİN rəhbəri baş verənlərə görə başsağlığı verib və Dəməşqin "İŞİD" terror təşkilatı təhdidini aradan qaldırmaq öhdəliyini təsdiqləyib.

Qeyd edilib ki, ABŞ vətəndaşlarına zərər verən və təhdid edən hər kəs məsuliyyətə cəlb olunacaq.