BAKI, 5 dekabr. TELEQRAF

PKK terror təşkilatının qanadı SDQ/YPG yaraqlıları Deyr Hafər vilayətində Suriya ordusunun birliklərinə snayperlərlə atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Suriya ordusu terror təşkilatının hücumlarına iriçaplı silah və PUA-larla cavab verib.

Qeyd edilib ki, PKK/YPG/SDQ terror təşkilatı işğal altında saxladığı bölgələrdən Suriya hökumətinin nəzarətində olan ərazilərə tez-tez hücumlar təşkil edir.