BAKI, 25 noyabr. TELEQRAF

“Suriya Demokratik Qüvvələri” (SDQ) terror təşkilatının lideri Mazlum Kobani Türkiyə rəsmiləri və həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək istəyir.

Teleqraf xəbər verir ki, o, sülh prosesinə qoşulmaq istədiyini bildirib.

Mazlum Kobani Abdullah Öcalanla yazılı formada fikir mübadiləsi apardığını açıqlayıb.

“Onun fikri məktub vasitəsilə alınıb, bizim fikrimiz də çatdırılıb”, - o vurğulayıb.

Təşkilat lideri əlavə edib ki, SDQ təmsilçilərinin İmralı həbsxanasında Öcalana baş çəkməsi həm sülh prosesi, həm də Suriyanın şimal-şərqindəki problemlərin həllinə müsbət töhfə verə bilər.