BAKI, 14 noyabr. TELEQRAF

“İran inqilabdan sonra özünün ən ağır iqtisadi böhranını yaşayır, hələ də bilmirik ki, baş verənlər hansı təsirlərə malik ola və hansı zəmini yarada bilər”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin keçmiş müavini Mohsen Aminzadə deyib.

“Çinlilər dəfələrlə bildiriblər ki, bizimlə çox ciddi iqtisadi əməkdaşlıq etmək istəyirlər, amma İranın (Yaxın Şərqdəki) macəralarının xərclərini ödəməyə hazır deyillər. Hökumət öz mövqeyini dünyaya İranın milli maraqları əsasında aydın şəkildə göstərməli, ölkədə irəliləyiş və inkişafın reallaşması istiqamətində addımlar atmalıdır”, - o qeyd edib.