BAKI, 29 oktyabr. TELEQRAF

İsrail ordusu Qəzzada atəşkəsi bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Bu, ordunun Qəzzada son günlər ərzində Fələstin radikallarına qarşı həyata keçirdiyi bir sıra hərbi zərbələrdən sonra baş verib.

Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.