BAKI, 14 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq ölkələrini və digər maraqlı dövlətləri regionda davamlı sülhün əldə edilməsi məqsədilə birləşməyə və əməkdaşlığa çağırıb.

Teleqraf xəbər verir ki, o, Qəzza sektorunda atəşkəsin bu yolda ilk addım olacağını bildirib.

“İndi bu böyük ölkələrin hamısı, uzun illərdir bölgə uğrunda mübarizə aparanlar birləşməli və işi sona çatdırmalıdırlar. Qəzza bunun yalnız bir hissəsidir. Əsas məsələ Yaxın Şərqdə sülhdür”, - Tramp “Truth Social”da yazıb.