BAKI, 2 oktyabr. TELEQRAF

“Donald Tramp administrasiyası İranı yeni nüvə danışıqları üçün əsas kimi dörd ciddi şərti qəbul etməyə çağırır, bunlar mümkün hərbi eskalasiyanın qarşısını ala bilər”.

Teleqraf xəbər verur ki, bunu “The Washington Post” qəzetinə ABŞ rəsmisi deyib.

Mənbə izah edib ki, dörd şərt arasında birbaşa danışıqların aparılması, uranın zənginləşdirilməsinin dayandırılması, raket proqramının məhdudlaşdırılması və Yaxın Şərqdəki proksi qüvvələrə maliyyənin dayandırılması daxildir.

ABŞ rəsmisinin fikrincə, əvvəlki raundlarda ən mühüm maneələrdən biri olan bu şərtlər Tehran tərəfindən rədd ediləcək.

“ABŞ administrasiyası təzyiqləri gücləndirməyin vaxtının çatdığını və sanksiyaların diplomatik həll üçün zəmin yaradacağını düşünür”, - nəşrin həmsöhbəti vurğulayıb.