BAKI, 29 sentyabr. TELEQRAF

İran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb və hər zaman dialoqa hazır olduğunu nümayiş etdirib.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bəyan edib.

Pezeşkian vurğulayıb ki, İslam Respublikasının bu məsələ ilə bağlı mövqeyi şəffafdır və hakimiyyət nümayəndələrinin bəyanatlarına, həmçinin şəriət qaydalarına əsaslanır.

“Biz həmişə rasional, ədalətli və aydın meyarlara əsaslanan dialoqa hazır olduğumuzu bəyan etmişik, lakin bizim üçün yeni problemlər yaradacaq danışıqlara heç vaxt razılıq verməyəcəyik”, - dövlət başçısı qeyd edib.