BAKI, 27 sentyabr. TELEQRAF

Qəzza zolağı mövzusunda Yaxın Şərq ölkələri ilə danışıqlar məhsuldar keçir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Qəzza mövzusunda Yaxın Şərq ölkələri ilə çox ruhlandırıcı və məhsuldar danışıqlarımız gedir. Aktiv danışıqlar artıq dörd gündür ki, davam edir və uğurlu sazişə nail olmaq üçün nə qədər lazımdırsa, o qədər də davam edəcək”, - Tramp paylaşıb.