BAKI, 18 sentyabr. TELEQRAF

İsrail ilə Suriya arasında aparılan danışıqlarda irəliləyiş əldə olunub.

Teleqraf xəbər verir ki, bu barədə AFP Suriya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər 2025-ci ilin sonunadək bir sıra razılaşmalar imzalayacaq.

"Bu anlaşmaların əsas istiqaməti hərbi və təhlükəsizlik sahələrini əhatə edəcək",- məlumatda deyilir.