BAKI, 28 avqust. TELEQRAF

İsrail xarici işlər naziri Gideon Saar Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə regiondakı vəziyyəti, İranı, Qəzza zolağında HƏMAS Hərəkatına qarşı müharibəni, beynəlxalq aləmdə anti-İsrail təşəbbüslərinə qarşı mübarizəni müzakirə etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bunun açıqlamasını İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

“ABŞ Dövlət Departamentində dövlət katibi Rubio ilə görüşdüm. Görüşdə bu gün Yaxın Şərqdə mövcud olan çağırışlar və imkanlar, o cümlədən İran rejiminin nüvə təhlükəsinin aradan qaldırılması və sanksiyaların mümkün bərpası istiqamətində iki ölkənin misli görünməmiş əməkdaşlığından sonra İrandakı vəziyyət, Qəzzada HƏMAS-a qarşı müharibə və gələn ay BMT Baş Assambleyasının keçiriləcək sammiti müzakirə edilib. Beynəlxalq arenada anti-İsrail təşəbbüslərinə qarşı mübarizədə əməkdaşlığı da müzakirə etdik”, - Saar bildirib.