BAKI, 22 iyul. TELEQRAF
ABŞ-nin ölkənin nüvə obyektlərinə zərbələrindən sonra İranda uranın zənginləşdirilməsi hələlik aparılmır, lakin Tehran bunu milli qürur məsələsi hesab edir və bu prosesdən imtina etmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Abbas Əraqçi çıxış edib.
“Hazırda proses dayandırılıb, çünki obyektlərə ciddi ziyan dəyib. Bununla belə, aydındır ki, biz zənginləşdirmədən imtina etmək niyyətində deyilik, çünki bu, alimlərimizin nailiyyətidir, bundan əlavə, indi bu, milli qürur məsələsidir”, - o, “Fox News” telekanalına müsahibəsində deyib.
Nazir əlavə edib ki, hazırda İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərinə dəymiş ziyanın miqyasını və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini qiymətləndirir.