BAKI, 16 iyul. TELEQRAF
İsrail Dəməşq ətrafında yerləşən Suriya Baş Qərargah kompleksinə hava zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bu arada Suriya tərəfi zərbə nəticəsində şəhərdə iki nəfərin yaralandığını bildirib.