BAKI, 17 sentyabr. TELEQRAF
“İsrail İranın və ya hansısa başqa tərəfin HƏMAS-ı yenidən silahlandırmasına imkan verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
Nazir vurğulayıb ki, İsrail İrandakı Fələstin hərəkatının liderlərini aradan götürüb: “İranın və ya hansısa başqa tərəfin HƏMAS-ı yenidən silahlandırmasına imkan verməyəcəyik”.
Kats həmçinin İsrailin İrana qarşı hərbi əməliyyatlarının hələ başa çatmadığını bildirib: “İsrailin İranda və digər cəbhələrdə hələ də mühüm məqsədləri var. Onlara nail olmaq üçün hərbi-siyasi tədbirlər görəcəyik”.