BAKI, 18 sentyabr. TELEQRAF
Hörmüz boğazında neft tankeri naməlum mərmi ilə hədəfə alınıb və nəticədə yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatına istinadla məlumat yayıb.
Agentlik qeyd edib ki, neft tankerində baş verən yanğın nəzarət altına alınıb.