BAKI, 18 sentyabr. TELEQRAF
“İranın Ali rəhbəri Müctəba Xameneinin bütün şərtləri yerinə yetirilənə qədər ABŞ ilə danışıqlar aparılmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Tehranın imam-cüməsi Məhəmməd Cavad Hacı Əli Əkbəri deyib.
“Düşmən danışıqlar üçün yalvarır və vasitəçilər göndərir”, - o bildirib.
Əli Əkbəri iddia edib ki, ABŞ cəbhəsinə - istər bazalarda, istər dənizdə, istərsə də İraqın şimalında dəqiq və effektiv zərbələr endirilib.
Tehranın imam-cüməsi əlavə edib ki, heç kim İranın icazəsi olmadan Hörmüz boğazından keçə bilmir.